• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar arasında yeni xəstəlik yayılıb - DİQQƏT

Uşaqlar arasında yeni xəstəlik yayılıb - DİQQƏT
02.12.2016 21:30
Bu yaxınlarda respublikanın baş pediatrı Nəsib Quliyev bildirmişdi ki, cari ildə keçirilmiş icbari dispanzerizasiya zamanı uşaqlar arasında helmintozun (qurd xəstəliyi) geniş yayıldığı müşahidə olunub.
 
Bəs helmintoz nədir? Əlamətləri və fəsadları hansılardır? Pediatr Vaqif Qarayev Aile.lent.az-ın oxucularına xəstəlik haqda geniş məlumat verib.
 
Helmint - soxulcan, kürdçü və ya lent formasında parazit qrupu, bağırsaq parazitidir. Helmintozis isə helmint qrupunda olan soxulcanların səbəb olduğu infeksiyadır.
 
V.Qarayevin sözlərinə görə, helmint parazitləri əsasən bağırsaq, ağciyərlər, qaraciyər, od kisəsi və öd yollarında, beyində "məskən" salırlar.
Helmintoz xəstəliyi müxtəlif qruplara bölünür. Bir qrup helmint kontakt (birbaşa təmas) yolu ilə yoluxdurur, digər qrupun yumurtaları çirklənmiş torpaqda, suda inkişaf edir, sonra insanı yoluxdurur. Üçüncü qrup helmintlərin isə ara sahibi (müxtəlif heyvanlar) olur və insanı ara sahibi yoluxdurur: "Helmintlər müxtəlif olsa da, bir çox əlamətləri ümumidir. Bu əlamətlər sırasına halsızlıq, yorğunluq, diqqətsizlik, əzələ və oynaq ağrıları, ürəkbulanma, qusma, dəridə müxtəlif səpkilər, anal qaşınma, yuxuda dişlərin bir-birinə sürtülməsi, ağızdan su gəlmə, qarında ağrılar, qəbizlik və ya ishal, əllərdə dərinin soyulması, sifətin şişkinliyi, tutmaşəkilli öskürək, hərarətin yüksəlməsi və s. daxildir”.

Pediatr qeyd edib ki, xəstəlik vaxtında müalicə olunmasa, hepatit, miokardit, meninqoensefalit kimi ciddi fəsadlar yarada bilər. Müalicəsi ilə pediatrlar və parazitoloqlar məşğul olur.

V.Qarayev uşaqları bu xəstəlikdən qorumaq üçün valideynlərə tövsiyələrini də verib: "Gigiyenik qaydalara daim və ciddi əməl edilməlidir. Uşağın əlləri çirkli olmamalıdır. Uşaqlar üçün meyvə-tərəvəz axar su altında dəfələrlə yuyulmalıdır. Dırnaqlar mütəmadi tutulmalı, alt paltarı və yataq dəsti qaynadılmalıdır. Uşağın alt paltarı hər axşam-səhər isti ütü ilə ütülənib geyindirilsə, yaxşı olar. Uşaq tək yatmalıdır. Torpaqla təmas kəsilməlidir. Bundan başqa, helmintlə xəstə uşaq kollektivdən izolə olunmalıdır. İctimai yerlərdə müxtəlif predmetlərlə təmas maksimum məhdudlaşdırılmalıdır. Uşaqlarda helminitin yuxarıda sadalanan əlamətləri müşahidə olunarsa, dərhal həkimə müraciət etməlisiniz. Xəstəliyin müalicəsi əksər hallarda bir neçə kurs çərçivəsində aparılır, ona görə uşaq sona qədər müalicə olunmalıdır”. //Aile.lent.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol