• $
  • €
  • ₽
  • ₺
  • £

Əhali arasında respirator infeksiyalar yayılıb - Azərbaycanda

Əhali arasında respirator infeksiyalar yayılıb - Azərbaycanda
15.12.2016 13:08
Soyuqdəymə müşahidə olunan xəstələr nə etməlidir?

"Azərbaycanda hazırda heç bir təhlükəli qrip virusu aşkar edilməyib. İndi sadəcə respirator infeksiyalar daha çox yayılıb. Sırf soyuqdəymələrin bir az ağır forması müşahidə olunur”.

Bunu "Report"a açıqlamasında Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib.
Onun sözlərinə görə, hər il yayılan virusların növü dəyişir: "Lakin hazırda ölkədə heç bir təhlükəli virus aşkarlanmayıb. Sadəcə, mövsümə uyğun olaraq soyuqdəymələrin sayında artım olur. Çünki qriplərin törədiciləri olduğu halda, bu göstərici soyuqdəymələrə şamil edilmir. Belə olan halda yuxarı tənəffüs yolları soyuqlayır və immunitet azalır. Soyuqdəymələrdən də ən çox yaşlı nəsil və uşaqlar əziyyət çəkir. Buna səbəb onların xəstəliyə qarşı həssas olmalarıdır. Ona görə də bu mövsümdə insanların daha çox meyvə-tərəvəz və maye qəbul etmələri məsləhət görülür”.

A.Əsədova qeyd edib ki, özlərini pis hiss edən xəstə insanlar evdən çıxmamalıdırlar: "Yataq rejimi mütləq lazımdır. Zoğallı və limonlu çay içərək bədəndəki toksik maddələrin çıxmasına kömək edilməlidir. Soyuqdəymə keçici deyil. Sadəcə bir insan çox asqırırsa, onun otağı mütləq ayrılmalıdır. Çünki bu, hava-damcı yolu keçir. Otağın havası tez-tez dəyişilməlidir. Xəstəyə qulluq edən şəxs maska taxmalıdır. Bizim ölkədə maska taxmaqdan utanırlar. Buna ehtiyac yoxdur. Xəstə olan halda öpüşüb-görüşməyi də tərgitmək, tərkibi "C” vitamini ilə zəngin olan qidaları çox qəbul etmək lazımdır. Yaxud hər səhər xırda-xırda limon doğranıb bala qatılmış qarışımı bir çay qaşığı qəbul etmək məsləhətdir. Bütün bu qabaqlayıcı tədbirləri görməklə immuniteti qaldırmaq mümkündür.
Bir faktı da qeyd edim ki, 38 dərəcə qızdırma təhlükəli deyil. Yəni bu temperatura qədər insan orqanizmində müqavimət gedir. Lakin 38-dən yuxarı olan qızdırma zamanı mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov isə bildirib ki, qrip müayinələrinin mövsümü oktyabr ayının 1-dən başlayır: "Həmin tarixdən bu günə qədər stansiyaya respublikanın müxtəlif şəhər və rayonlarından mövsümi qriplə əlaqədar təxminən 208 şübhəli yaxma nümunəsi daxil olub, lakin onların heç birində təhlükəli virus aşkar edilməyib”.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə hazırda ölkədə həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan narahatedici vəziyyətin olmadığını bildirib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol