• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqaz Universitetinin adı dəyişdiriləcək

Qafqaz Universitetinin adı dəyişdiriləcək
15.12.2016 14:14
Türkiyəli tələbələrin narazılıqlarını nəzərə alaraq, yaxın gələcəkdə Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.
 
Qafqaz Universitetinin rektoru Havar Məmmədov APA-ya bildirib ki, bu gün ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun sözlərinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər.
 
Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına çatdırılıb:
 
"Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq, Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır”.
 
Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib:
 
"Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq. Universitetin gələcək inkişafı üçün də bu məsələ lazımdır. Ancaq universitetin yeni adının nə olacağını indidən demək çətindir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol