• $
  • €
  • ₽
  • ₺
  • £

UNEC müəllimləri mükafatlandırıldı

UNEC müəllimləri mükafatlandırıldı
30.12.2016 21:03
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in "Fəxri Fərmanı” ilə təltif edilən müəllimlərlə görüşən rektor, professor Ədalət Muradov universitet kollektivinə yeni ildə uğurlar, həmrəylik arzulayıb və universitetdə keyfiyyətli təhsil uğrunda aparılan işlərə dəstək olan müəllimlərə təşəkkürünü çatdırıb.

UNEC-in çox böyük kadr potensialına malik olduğunu xüsusi vurğulayan Ə.Muradov müəllimlərin nüfuzunun yüksəldilməsi məqsədilə reallaşdırılan layihələrdən və görüləcək işlərdən danışıb. Rektor müəllim peşəsinin aliliyini təbliğ edən "Müəllim güc mənbəyidir” və digər bu kimi layihələrin icrasına önəm verildiyini qeyd edib.

Tədbirdə bir qrup müəllimə UNEC-in "Fəxri Fərman”ı təqdim edilib.

Sonda rektor və müəllimlər 2017-ci ildə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparıblar.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol