• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin işdən çıxarılması ətrafında QALMAQAL

Jurnalistin işdən çıxarılması ətrafında QALMAQAL
23.01.2017 22:01
Artıq bir neçə gündür ki, Lider TV-nin Rusiya müxbiri Anar Həsənovun yanvarın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi sual və həmin suala görə işdən çıxarılması məsələsi müzakirə olunur.

Jurnalisitn " Azərbaycan işğal altında olan ərazisində antiterror əməliyyatı apararsa, Moskva buna göz yumar, yoxsa Azərbaycanın daxili işinə müdaxilə edər", sualına cənab Lavrovun "Dağlıq Qarabağ münaqişəsi artıq Azərbaycanın müstəsna daxili işi deyil ", -  deyə cavab verməsi  cəmiyyətdə ciddi narahatlıq doğurub. 

Verilən məlumata görə,  jurnalistin Rusiyada fəaliyyətinin dayandırılması barədə  təşəbbüs bilavasitə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan daxil olub. O, hesab edib ki,  jurnalistin sualı və Lavrovun ona cavabı "iki ölkə arasındakı dostluq münasibətlərinə zərbə vurub". 

"Atlas" Siyasi tədqiqatlar mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə,  bu suala cavab Rusiyanın Qarabağ üzrə əsl siyasi xəttini açıb göstərdi. 

 


Elxan Şahinoğlu

"Səhv verilən sual olmur, yanlış cavablar olur. Öz sualı ilə jurnalist Lavrovu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə düşündüyünü səsləndirməyə məcbur edib. Əslində bu suala görə, Anar Həsənova təşəkkür etmək lazım idi. Bəyəm, jurnalist o sualı verməsə idi, Lavrov Qarabağla bağlı ayrı mövqe tutacaq idimi? Aydındır ki, bağlı toplantılar zamanı Lavrov, məhz belə mövqe nümayiş etdirir. Sadəcə, indi biz də bunu eşitdik. Bununla Lavrov ermənilərin tərəfdarı olduğunu ortaya qoydu. Bu hadisə ona gətirib çıxaracaq ki,  başqa telekanalların müxbirləri sual verərkən ehtiyat edəcək və xarici ölkələrin  rəsmilərinə prinsipial suallar verməyəcəklər".
 
Azərbaycan parlamentinin üzvü, politoloq Rasim Müsabəyov isə jurnalistin sualını "əyalət səviyyəli" kimi qiymətləndirdi.
 

Rasim Müsabəyov

"O hansı cavabı gözləyirdi? Düşünürdü ki, Rusiya deyəcək ki, get Dağlıq Qarabağda nə istəyirsən et? Rusiyanın mövqeyini bilmək istəyirdiz, buyurun, bu da Rusiyanın mövqeyi. Belə axmaq sual vermək lazım deyildi. Məncə, bu əyalət səviyyəli sual idi.  Əlbəttə jurnalistlər  sual verməkdə azaddılar. Amma telekanal rəhbərləri də jurnalistlərini istənilən vaxt qeyri peşəkarlığa görə işdən çıxarmaq hüququna malikdir",  -  deyə Rasim Musabəyov ANN.Az-a söylədi. 

Lider kanalının  xəbərlər departamentinin rəhbəri Anar Şükürov isə Modern.az saytına  bildirib ki, müxbirin işdən çıxarılması ilə  verdiyi sual arasında heç bir əlaqə yoxdur. 

"Təəssüf ki, Anar Həsənovun işdən çıxarılması indiyə təsadüf etdi. Yəni, onun işdən cıxarılması ilə Rusiya xarici işlər nazirinə verdiyi sual arasında heç bir əlaqə yoxdur. Onun işdən çıxarılmasının başqa səbəbi var. Bütün müəssisələrdə işçilərin işdən çıxarılması hadisələri baş verir.  Müqavilələrin vaxtları bitir və ya  işçilər öz istəyi ilə işdən gedirlər. Məsələn, 2 ay, 5 gün qabaq başqa işçilər işdən azad edilib", -  deyə Anar Şükürov bildirib. 

Azadlıq radiosuna müsahibəsində Anar Həsənov bildirib ki, onu işdən çıxarıblar: " Bəli, mən Lider telekanalının müxbiri deyiləm və bundan artıq bir şey deyə bilmərəm". 

Lavrovun müsahibəsindən altı gün sonra Abşeron rayon Pirküşkül  qəsəbəsindəki hərbi şəhərcikdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev  bildirib ki, "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"...

 
 
Dövlət başçısı bildirib ki, "Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bütün dünya ictimaiyyəti bunu qəbul edib". 

Vüsal Əzizov



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol