• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qrantlarla bağlı qadağa ləğv edildi

Azərbaycanda qrantlarla bağlı qadağa ləğv edildi
26.01.2017 09:13
Azərbaycanda xarici donorların qrant vermək hüququ əldə etməsi qaydası dəyişib. Öncədən qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilib.

Nazirlər Kabineti "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.
 
Dəyişikliyə əsasən öncədən Maliyyə Nazirliyinə müraciət edərək qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanılmasına qoyulan qadağa ləğv edilib. İndiyə qədər Maliyyə Nazirliyi hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumatları təqdim edib. Bundan sonra isə qrant müqaviləsi bağlandıqdan sonra qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və qrant müqaviləsinin qeydə alınması proseduru paralel həyata keçiriləcək. Başqa sözlə, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində "bir pəncərə prinsipi” üzrə kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə isə Ədliyyə Nazirliyinə (əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət ediləcək. Ərizəyə qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi, qrantın maliyyə-iqtisadi əsaslandırılması, sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə ediləcək. Xarici ölkədə tərtib olunmuş sənədlər leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, əlaqələndirici dövlət orqanı olan Ədliyyə Nazirliyi onların tamlığını, donorun bu Qaydada göstərilmiş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasını sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərəcək. Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılacaq və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin ediləcək. Qrant müqaviləsinin (qərarının) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının əsli ilə yanaşı onların elektron surəti də təqdim olunduqda, əlaqələndirici dövlət orqanı həmin sənədlərin surətini Maliyyə Nazirliyinə elektron qaydada təqdim edəcək.
 
Prosedurun dəyişməsi ilə paralel olaraq Maliyyə Nazirliyinin xarici donorlara qrant vermək hüququ verməsi müddəti də azaldılıb. Başqa sözlə, Qaydaya əsasən indiyə qədər Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılıb. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılıb. Dəyişikliyə əsasən Maliyyə Nazirliyi tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların daxil olduğu gündən 7 gün müddətində baxılacaq. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti də 15 gün deyil, artıq 7 günədək uzadılacaq. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanlarının münasibət bildirə bilməsi ilə bağlı müddət da ləğv edilib. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsi əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı tərəfindən 3 iş günü müddətində bu barədə müraciət etmiş xarici donora və ya müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə) məlumat verilməlidir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici dövlət orqanına təqdim olunduğu təqdirdə, xarici donor qrant vermək hüququnu əldə etmiş hesab ediləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol