• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda adamlar niyə boşanır?

Azərbaycanda adamlar niyə boşanır?
06.02.2017 09:40
Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas problemlər uşaqlı ailələrdə yaranır, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, ər-arvad ayrıldıqdan sonra ortaya çıxan əsas problemlər uşaqların hansı valideynin yanında qalması, alimentin ödənilməməsi, qeydiyyatla bağlı olur.

Komitənin belə ailələrdə uşaqlara psixoloji baxımdan yardımlar göstərdiyini nəzərə çatdıran E.Səfərov əlavə edib ki, Azərbaycan ailələrində boşandıqdan sonra əsas ortaya çıxan problemlərdən biri də birgə əmlakların bölüşdürülə bilməməsi səbəbindən yaranır: "Boşanan zaman ən çox rast gəlinən problemlərdən biri də tərəflərin rəsmi nikahının olmamasıdır. Buna görə də məsələhətimiz odur ki, tərəflər nikaha daxil olarkən dini nikahla bərabər, rəsmi nikah da bağlasınlar".
E.Səfərov əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda 6281 boşanma faktı qeydə alınıb.
Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması boşanmaların əsas səbəbləri arasındadır.

Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələrdə boşanmaların sayı artıb.

Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə boşanmış uşaqlı ailələrdə 9378 uşaq olub.

Azərbaycanda uşaqsız ailələrdə də boşanma halları artır. Uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972, 2014-cü ildə 6840, 2015-ci ildə, 6950 olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol