Saxta pulların dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Cəlilabadda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Cavadovdan 74 ədəd 50 manatlıq və 25 ədəd 100 manatlıq saxta əsginas götürülüb.
www.ann.az
























