• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobildə əyləşən bu sərnişinlər cərimələnəcəklər

Avtomobildə əyləşən bu sərnişinlər cərimələnəcəklər
22.02.2017 14:55
Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib.

ANN.Az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev lent.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir:

"Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur.

Sadəcə, bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.

K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: "Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın. Onun məsuliyyətini sürücü yalnız o halda daşıyır ki, avtomobildə təhlükəsizlik kəməri olsa da, sürücü onu çıxarsın. Bu halda sərnişini məsuliyyətə cəlb etmək olmaz. Çünki onun təqsiri deyil ki, onun yerindəki təhlükəsizlik kəmərini sürücü kəsib çıxarıb. Konstruksiyaya dəyişiklik edilməsinə, yəni təhlükəsizlik kəmərinin çıxarılmasına görə sürücü cərimə edilir və bu hallarda 150 manat miqdarında cərimə kəsilir.

Lakin təhlükəsizlik kəməri varsa və sərnişin bu kəmərdən istifadə etmirsə, bunun məsuliyyətini sərnişin daşıyır. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, həmin sərnişinlər 30 manat cərimə edilir. Ön və ya arxa oturacaq fərqi yoxdur. Bütün avtomobillərdə ön və arxa oturacaqlarda əyləşən sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. Mən sizə 80-ci illərin "VAZ” markalı avtomobilini də göstərə bilərəm ki, onun arxa oturacağında da sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Sadəcə, bizim sürücülər onu açıb çıxardırdılar. Amma bu da qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat miqdarında cərimə ediləcək”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol