• $
  • €
  • ₽
  • ₺
  • £

MTN generalının ölkədən çıxışına qadağa qoyulub

MTN generalının ölkədən çıxışına qadağa qoyulub
25.02.2017 07:49
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevin ölkədən çıxışına qadağa qoyulub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu məlumatı keçmiş işçisi, polkovnik-leytenant Vüsal Ələkbərovun məhkəməsində M.Şıxəliyev özü deyib.

O, bu işdə zərərçəkən olan Akif Qurbanovun epizodu üzrə şahid qismində dindirilib. M.Şıxəliyev həmin vaxt A.Qurbanova "STOP” qoyulması barədə danışarkən bunu deyib:

"Mən vəzifədə olanda təşkilatı işlərə baxırdım. Ölkədən çıxışına "stop” qoyulan adamların siyahısı mənə göndərilirdi. Onların kim olması ilə maraqlamamışam. Ümumi qərar qəbul etmişəm, həmin adamların arasında qohumum da olsaydı, tanıya bilməzdim. İndi mənim özümün də ölkədən çıxışıma "stop” qoyulub”.
Zərərçəkmişlərin məhkəmədən M.Şıxəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsi tələbinə hakim Siyavuş Hacıyev belə cavab verib: 

"Mövlam Şıxəliyevlə bağlı məsələ yaransa, hökmdə prokurorluğa müraciət oluna bilər. Vüsal Ələkbərova "mütəşəkkil dəstə tərkibində” ittihamı verilib. Bu olan halda Vüsal Ələkbərov mütəşəkkil dəstənin üzvü sayılır. Ola bilsin ki, kimlərinsə prokurorluqda istintaqı davam edir. Bizim bu barədə məlumatımız yoxdur”.
Qeyd edək ki, 2013-cü ildə MTN tərəfindən biznesmen Akif Qurbanovun ölkədən çıxışına "stop” qoyulub və nazirliyin əməkdaşları tərəfindən şantaj edilərək 1 milyon manat tələb edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol