• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbliyə cavab

Hadı Rəcəbliyə cavab
02.03.2017 11:48
Ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin saytımıza pensiya yaşının artırılmasının səbəbini insanların ömrünün uzanması ilə izah etməsi ölkə gündəmində ciddi müzakirə obyektinə çevrilib.
 
Sözügedən açıqlamadan sonra bir sıra iqtisadçı ekspertlər, sosial şəbəkə istifadəçiləri komitə sədrinin əsaslandığı faktı sərt tənqid ediblər. Bildiriblər ki, ölkədə insanların 65 yaşa çatması faktı düz deyil, insan ömrü uzanmayıb, əksinə isə azalıb. Beləliklə, ictimaiyyət növbəti dəfə Hadi Rəcəblinin arqumentini tənqid atəşinə tutub.

İqtisadcı ekspert Rövşən Agayevin verdiyi məlumata görə,  son 6 ilin statistikasına nəzər salsaq, deyə bilərik ki, 2010- cu ildə 65-69 yaş qrupu üzrə əhalinin sayı 138,5 min nəfər , 70-dən yuxarı yaş qrupu üzrə isə 396,5 min nəfər olub.

2011- ci ildə isə 65-69 yaş qrupu üzrə bir qədər azalma müşahidə olunub. Bu say 120,7 min nəfər təşkil edib. 70 yaşdan yuxarı qruplarda isə əksinə artım baş verib və göstərici 406,8 min nəfər olub.

2012- ci ildə 65-69 yaş qrupu üzrə əvvəlki ilə nisbətən artım müşahidə olunub və bu göstərici 122,9 min nəfər təşkil edib. 70 yaşdan yuxarı yaş qrupunda isə artım müşahidə olunub və 408,4 min nəfər təşkil edib.

2013- cü ildə 65-69 yaş qrupu üzrə əhalinin sayı bir qədər artıb və bu rəqəm 136,4 min nəfər olub. 70 yaşdan yuxarı əhalinin sayında isə azalma müşahidə olunub və bu say 401,8 min nəfər təşkil edib.

2014- cü ildə 65-69 yaş qrupu üzrə əhali sayında isə daha 27 min nəfər artım müşahidə edilib. Yəni 136,4 min nəfərdən 163,4 min nəfərə qədər artım qeydə alınıb. 70 yaşdan yuxarı yaş qrupundə isə 11, 5 min nəfər azalma müşahidə edilib və göstərici 390,3 min nəfər təşkil edib.

2015- ci ildə 65-69 yaş qrupu üzrə bir qədər də artım baş verib və göstərici 190,4 min nəfər olub. 70 yaşdan yuxarı əhali sayında isə ötən ildə olduğu kimi azalma qeydə alınıb və bu rəqəm 380,3 min nəfər təşkil edib.

Və son olaraq 2016- ci ildə 65-69 yaş qrupu üzrə artım artıq 200 mini keçərək 222,3 min nəfər təşkil edib. 70 yaşdan yuxarı yaş qrupunda isə əhalinin sayı 375,2 min nəfər olub.

Beləliklə, rəsmi statistikadan belə nəticəyə gəlmək olar ki, 2010- cu illə müqayisədə Azərbaycanda 65 yaşdan yuxarı olan əhalinin sayında 62, 5 min nəfər artım olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol