• $
  • €
  • ₽
  • ₺
  • £

Ticarət mərkəzindəki yanğına görə 2 azərbaycanlı mühakimə olunur

Ticarət mərkəzindəki yanğına görə 2 azərbaycanlı mühakimə olunur
10.03.2017 13:00
Rusiyada 19 nəfərin ölümünə səbəb olmuş "Admiral" ticarət mərkəzindəki yanğınla bağlı məhkəmə prosesi başlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, 344 cildlik cinayət işi üzrə 700-dən çox sahibkarın adı zərərçəkən qismində keçir.
 
Zərərçəkənlərin sayı çox olduğundan məhkəmə Kazan şəhərinin "Gənclik" mədəniyyət sarayında keçirilir. Məhkəmə qarşısında ticarət mərkəzinin binasının icarədarları - "Zarya" MMC-nın direktoru, azərbaycanlı Hüseyn Qəhrəmanov, onun müavini və atası Gülhüseyn Nəcəfov və digər müavini Nikolay Kayekin, eləcə də "İnvestisiya Tikinti Şirkəti" ASC və "AS Menecment İdarəetmə Şirkəti" QSC-nın baş direktoru Robert Xayrullin dayanıblar. İttiham olunanlar arasında Rayonlararası məhkəmə icraçıları regional xidmətinin rəisi Janna Alparova, onun sabiq həmkarı Minzilya Safina, Tatarıstan üzrə Dövlət tikintiyə nəzarət idarəsinin mütəxəssisi Qaliya İsayeva və daha 5 işçi var.
 
Respublika üzrə İstintaq Komitəsinin qənaətinə görə, onların hamısının 11 mart 2015-ci ildə "Admiral" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinə bu və ya digər şəkildə bağlılığı var. Təqsirləndirilənlərin əksəriyyəti öz günahını etiraf etməyib, yaxud qismən etiraf edib. Yanğın zamanı 19 nəfər ölüb, 60-dan çox yaralanıb. Dəyən ziyanın məbləği 12 milyard rubl təşkil edib.
 
İstintaqın qənaətinə görə, yanğın bir neçə səbəbə görə baş verib. Bunlar arasında keçmiş zavodun ərazisinin ticarət mərkəzi kimi istifadə olunması, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi, mərkəzin damında aparılan təmir işlərinin qeyri-peşəkar işçilər tərəfindən həyata keçirilməsi və s. səbəblər var.

Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə aparılan yoxlamalardan sonra məhkəmə qanun pozuntularını aradan qaldırmaq üçün məhkəmə icraçılarına tapşırıb verib. Lakin onlar bu tapşırığı yerinə yetirməyib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol