• $
  • €
  • ₽
  • ₺
  • £

Ovçu ərəblər 2 həmyerlimizi güllələdi

Ovçu ərəblər 2 həmyerlimizi güllələdi
13.03.2017 16:02
Şəkidə ov edən ərəb turistlərin azərbaycanlı köməkçiləri ehtiyatsızlıqdan yaralanıblar.
 
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, martın 10-da axşam saatlarında Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Sahib oğlu Babayev və Bakı şəhər sakini, 1983-cü il təvəllüqlü Ruslan Fərhad oğlu Axundov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yarası ilə xəstəxanaya daxil olublar. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, bədən nahiyəsinə girmiş qırmaların bir qismi çıxarılıb.
 
Ramin Babayev və Ruslan Axundov müalicələrinin və qırmaların qalanlarını çıxarılması ücün Bakı şəhərindəki müvafiq xəstəxanalardan birinə müraciət edəcəklərini bildiriblər. Bu səbəbdən onlar ilkin müayinədən sonra sərbəst buraxılıblar. Şəki rayon ərazisində ov edən və Şəki saray otelində qalan ərəblərin sürücüsü Ramin Babayev və tərcüməçisi Ruslan Axundov hadisənin Şəki saray otelinin həyətində baş verdiyini bildiriblər.
 
Onların sözlərinə görə, ərəb turistlərlə birlikdə ov edib otelə qayıtdıqdan sonra maşından ov tüfəngini götürən zaman tüfəng yerə düşüb. Tüfəng dolu olduğundan yerə düşən zaman qəfildən atəş açılıb və hər iki şəxs bədənin müxtəlif nahiyələrindən çoxsaylı qırma yaraları xəsarəti alıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol