Rusiya qanunsuz silahlı birləşmələrin üzvü olan azərbaycanlı qadını İnterpol xətti ilə axtarışa verib

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir.
Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
www.ann.az
Son xəbərlər 
Daha çox 























