• $
  • €
  • ₽
  • ₺
  • £

Rezident həkimlər iki aydır maaş ala bilmir

Rezident həkimlər iki aydır maaş ala bilmir
18.03.2017 11:15
Dövlət xəstəxanalarında çalışanlar əməkhaqlarını tələb edirlər.

Azərbaycanın dövlət  tibb müəssisələrinin rezidentlərinə 2017-ci il başlayandan əmək haqqı verilməyib. Bu barədə "Bizim Yol”a rezidentlər  bildirib. 

"Azərbaycan Tibb Universitetini bitirib ixtisas seçirik və o ixtisası öyrənmək üçün ixtisasa müvafiq olaraq 3-5 il asissent həkim-rezident oluraq çalışırıq. Bizi görünür hələ də uşaq bilirlər.  Çünki dekabrdan bəri maaş almamışıq. Ya da bizi rüşvətə indidən öyrətmək istəyirlər. Pulsuz qoyub, əyri yollara yönləndirirlər. Bu məsələylə bağlı rəsmi qurumlar düz-əməlli cavab vermir. Düşündük ki, ictimailəşdirsək bəlkə faydası oldu. Ona görə sizə müraciət edirik. Əgər bu məsələni ictimailəşdirsəniz minnətdar olarıq",-deyə rezident bildirib. 

Şikayətçi Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında çalışır.

Əmək haqqının verilməməsindən şikayət edənlərdən biri də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentidir. 

"Biz yüzlərlə gənc rezident həkimləri 2017-ci ildən bəri maaş ala bilmirik. Maaşın məbləği 152 manatdır. Bu vəsait isə rezidentin  yol pulu, kirayə pulu və ya dolanışıq puludur. Əlavə heç bir qazanc əldə edə bilməyən rezident  2 aydan çoxdur maaş ala bilməməsi heç kimi maraqlandırmır. Baxmayaraq ki, calışdığımız  və tabeliyində olduğumuz müəssisə və xəstəxanalarda digər işçilər maaş alıb, rezidentlərə hələ də maaş verilmir. Maraqlananda  deyirlər ki, bu məsələnin həlli Nazirlər Kabinetindən asılıdır.

 Qeyd edim ki, bu hal yalnız dövlət müəssisələrinin rezidentlərinə aiddir.  Özəl tibb müəssisəsələrinin rezidentləri maaşı  vaxtı-vaxtında alır”. Rezidentlərin şikayəti əsasında Səhiyyə Nazirliyinə və Maliyyə Nazirliyinə göndərilən informasiya sorğusu cavabsız qalıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol