• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Honq Konq” virusu xəstəsi tapılıb

Azərbaycanda “Honq Konq” virusu xəstəsi tapılıb
27.03.2017 17:40
Ötən il Azərbaycanda "Honq Konq” virusuna yoluxanların sayı açıqlanıb.
 
APA-nın xəbərinə görə, V. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, Azərbaycanda bu virusla bağlı 5 hal təsdiqlənib. Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub: "Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların "Honkonq” virusuna yoluxduğu təsdiqlənib. Lakin bu virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı”.
 
H. Qədirova əlavə edib ki, bütün dünyada ən çox xəstələnmə qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır. Onun sözlərinə görə, zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları - ştamplar yaranır: "Keçən ilin də yeni qrip virusu "Honq Konq” idi. Ancaq bir məqamı bilmək lazımdır ki, hər bir asqırma və ya öskürmə qrip demək deyil. Burada Adena, respirator virus və digər hallar ola bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol