• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA: Belə güclü külək 8-10 ildə bir dəfə olur

AMEA: Belə güclü külək 8-10 ildə bir dəfə olur
31.03.2017 14:19
Azərbaycanda gözlənilən proqnoz özünü doğruldarsa, bu gün və sabah müşahidə ediləcək güclü külək hazırkı dövr üçün 8-10 ildə bir dəfə müşahidə edilən təbiət hadisələrindən biri olacaq.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Bu gün və sabah güclü küləyin gözlənildiyini deyən M.Həsənov bildirib ki, Qrelandiya, Skandinaviya adaları üzərində formalaşan hava kütlələri Azərbaycan ərazisinə qərbdən daxil olur: 

"Azərbaycan ərazisində hava bir necə gün isti olduğundan atmosfer təzyiqi xeyli endi. Həmişə külək atmosfer təzyiqi çox olan yerdən az olan yerə gəlir. Azərbaycanda da atmosfer təzyiqi endiyindən bu külək ölkəyə daxil olub. Atmosfer təzyiqi arasındakı fərq nə qədər çox olarsa, külək də bir o qədər sürətli olur”.

Onun sözlərinə görə, bu gün ərzində şimal-qərb istiqamətli bu küləyin sürətinin getdikcə güclənəcəyi gözlənilir: 

"Güclü külək yalnız Bakıda və Abşeron yarımadasında müşahidə edilməyəcək. Külək qərb - Qazax, Tovuz rayonlarından başlayaraq güclənəcək. Güclü külək Bakıda, Xəzər dənizində də müşahidə ediləcək. Küləyin gücü müəyyən qədər artıq – adi haldan bir qədər çox olacaq. 

Belə güclü külək bu dövr üçün o qədər də gözlənilən külək deyil. Bu dövrdə, yəni martın son günlərində - aprelin ilk günlərində yağıntının olması təbii haldır, ancaq belə güclü külək hazırkı dövr ərzində 8-10 ildə bir dəfə olur. Təbii ki, bu, gözlənilən proqnoz özünü doğruldarsa, yəni küləyin gücü saniyədə 30-35 metr sürəti ilə olacaq”.

M.Həsənov deyib ki, güclü külək bu gecə də davam edəcək. Sabah səhərdən küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünən yaydığı xəbərdarlığa görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol