• $
  • €
  • ₽
  • ₺
  • £

12 manatlıq ətdən hazırlanan dönər 1,50-yə necə satılır? - VİDEO

12 manatlıq ətdən hazırlanan dönər 1,50-yə necə satılır? - VİDEO
01.04.2017 11:20
Ətin kiloqramının 12-13 manat olduğu bu günlərdə paytaxtda 1 manat 50, 1 manat 80 qəpiyə ət dönəri satılır. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdığı ət heç də təmiz ət deyil?

İnsanların sıx toplaşdığı yerlərdə cəmi 1,50-yə mal ətindən dönər satırlar. Halbuki, bazarlarda sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatdan başlayır. Peşəkar dönərçilər bildirir ki, bir kiloqram ətdən cəmi 10-11 dönər hazırlamaq mümkündür. Bu isə 16 manat pul edir. Belə olduqda isə bu ətin haradan gətirlidiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur.

Elə bu sualın cavabını öyrənmək üçün dönərxanalara yaxınlaşırıq. Bizim gəldiyimizi görən dönərçi qaçaraq aradan çıxır. Dönərxanada çalışan digər işçilər isə suallarımızı cavablandırmaq istəmirlər. Peşəkar dönərçilər isə bu qiymətə təmiz dönər satmağın mümkün olmadığını bildirirlər.

Dönərlə bağlı dövlət standartı da mövcuddur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblının sözlərinə görə, hazırda sahibkarlıq obyektlərinə yoxlamalar dayandırıldığından ciddi əsas olmadan onların fəaliyyətinə müdaxilə etməyə və sahibkarı cərimələməyə icazə verilmir. 2018 ci ilin yanvarın 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu məsələlərə daha ciddi nəzarət ediləcək.

ANN.Az xezerxeber-ə istinadən sözügedən reportajı təqdim edir:


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol