• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dərman qıtlığının səbəbi açıqlandı

Azərbaycanda dərman qıtlığının səbəbi açıqlandı
08.04.2017 14:48
"Azərbaycanda dərman peraparatları ilə bağlı problemlərin yaranmasında əsas rol oynayan səbəblərdən biri odur ki, dərmanlar əsas etibarilə ölkəyə idxal olunur”. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dərman qıtlığı ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, bu səbəblə dərmanların Azərbaycanda istehsal olunması üçün ciddi işlər görülür: "Biz dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi addımını atdıqdan sonra dərman bazarında müəyyən proseslər baş verib, məsələn, müəyyən adamların vərdiş etdikləri dərman adlarından fərqli olaraq, eyni tərkibdə başqa dərmanların gətirilməsi ilə əlaqədar anlaşılmazlıqlar yaranıb. Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar. Amma eyni tərkibdə, eyni təsir gücünə malik olan başqa dərmanlar da var.

Güman edirəm ki, yaxın zamanda Azərbaycanda bu məsələ də həllini tapacaq. Yəni, Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var. Mən xahiş edərdim ki, dərmana ehtiyacı olan vətəndaşlarımız öz həkimləri ilə məsləhətləşib, ehtiyac duyduqları dərmanların başqa adla apteklərdə olduğunu bilsinlər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol