• $
  • €
  • ₽
  • ₺
  • £

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb
29.05.2020 07:31
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
 
DİM-dən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri iyulun 1-də, saat 19:00-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
 
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.
 
 
IX sinif üzrə məlumatlar
 
İmtahanda iştirakı gözlənilən 32390 şagirddən 394 nəfəri imtahana gəlməyib. 4 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
 
 
XI sinif üzrə məlumatlar
 
İmtahanda iştirakı gözlənilən 25522 şagirddən 669 nəfəri imtahana gəlməyib. 26 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.
 
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradılıb. Şagird və ya abituriyentlər Apelyasiya Komissiyalarına 03-04 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək.
 
• DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)
 
• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
 
• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
 
• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
 
• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
 
• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
 
• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
 
• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
 
• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100);

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol