• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda Qarabağ müharibəsi əlillərinə ev verilib

İsmayıllıda Qarabağ müharibəsi əlillərinə ev verilib
21.04.2017 23:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa edilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
S.Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının, onların yeni mənzillərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu bildirib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı olaraq bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yaşayış şəraitinə malik yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Ümumilikdə keçən il və cari ilin ötən dövründə 310-dək yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib.

 Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin, onların uşaqlarının sosial təminatın gücləndirilməsi üçün digər istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Müharibə əlilləri və onlara bərabər tutulanların tibbi-sosial reabilitasiyasının təşkili, onların bərpa-müalicəsi və reabilitasiya vasitələri ilə təminatı sahəsində işlərin də ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezident qayğısını gündəlik həyatlarında hiss etdiklərini, maddi təminatlarının gücləndirilməsi, onlara yönələn sosial təminat növlərinin mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol