• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda gecə klubunda kütləvi dava – FOTO

Bakıda gecə klubunda kütləvi dava – FOTO
24.04.2017 10:30
Bakıda gecə klubunda baş vermiş kütləvi dava zamanı 6 nəfər xəsarət alıb.

ANN.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində yerləşən gecə klubunda stolüstü "Mafia” oyunu keçirilib. Bu zaman şəxsiyyətləri hələlik məlum olmayan 10 nəfər içəri daxil olaraq oyun iştirakçıları ilə mübahisə edib. Mübahisə zamanı yaranmış əlbəyaxa dava nəticəsində bir neçə nəfər xəsarət alıb. 

Xəsarət alanlar 1957-ci il təvəllüdlü Məmmədov Rasim Gülbala oğlu, 1972-ci il təvəllüdlü Həsənov Akif Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əhmədova Lona Qulam qızı, 1985-ci il təvəllüdlü Ağaməmmədov İlqar Ələkbər oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Orxan Cəlal oğlu və 1989-cu il təvəllüdlü Qəribəli Vəli Zeynulla oğludur.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Klub müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Qeyd edək ki, sözügedən klubda bir neçə il bundan öncə də silahlı insident qeydə alınıb.

Hadisənin təfərrüatları araşdırılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol