• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək mühafizəsi qaydalarını pozanları sərt cəza gözləyir

Əmək mühafizəsi qaydalarını pozanları sərt cəza gözləyir
24.04.2017 15:41
Azərbaycanda əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir.

ANN.Az bu barədə Trend-ə istinadən xəbər verir.

Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə görə, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa, 2000 manatdan 3000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə ilə (və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə) cəzalandırılır.

Məcəllədə bu hal ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda azadlıqdan məhrumetmə üçün müəyyənləşdirilən maksimal müddət artırılıb.

Məcəllənin hazırki variantına görə, yuxarıda qeyd edilən əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihədə isə bu maddə qalmaq şərtilə yeni bənd də əlavə edilib. Məcəlləyə edilən bu əlavəyə görə, qeyd edilən hal ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol