• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda faciə: Sünnət olunan 5 yaşlı uşaq öldü

Masallıda faciə: Sünnət olunan 5 yaşlı uşaq öldü
04.05.2017 09:40
Masallıda azyaşlı uşaq sünnət olunarkən dünyasını dəyişib. İstiPress-in cənub bürosunun məlumatına görə, hadisə rayonun Musaküçə kəndində baş verib.
 
5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun  sünnət olunmasından ötrü evə həkim çağırılıb. Uşağın yaxınlarının sözlərinə görə, həkim azyaşlının ağladığını və narahat olduğunu  görərək  ona  2 iynə vurub. Ardınca Kənanın  yaxınlarının otaqdan çıxmasını tələb edib. Uşağın doğmaları deyirlər ki, sünnət olunmamışdan əvvəl  həkim sakit olması üçün  Kənana hədə qorxu gəlib. Qəfildən halı pisləşən Kənan  sünnət olunmamış  dünyasını dəyişib.

Azyaşlının meyiti  ekspertiza olunmaq üçün  Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə aparılıb. Hazırda faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki,  evin yeganə övladı olan Kənan Hüseynovun atası ötən il avtoqəzada dünyasını dəyişib.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol