• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda qalmış azərbaycanlılar

Ermənistanda qalmış azərbaycanlılar
06.05.2017 14:48
Erməni jurnalist Arman Akopyan Ermənistanın üç rayonun bir neçə kəndində etnik azərbaycanlıların hələ də qalıb yaşadığını iddia edib.

İstiPress-in məlumatına görə, "Dalma News” üçün Cənubi Qafqazdakı etnik proseslər barədə xüsusi olaraq üç məqalə hazırlamış Arman Akopyan Ermənistana həsr etdiyi məqaləsində bildirir: "Stepanavan və Taşir (Kalinino - red.) yaxınlığındakı bir neçə kənddə, həmçinin Ararat vadisində (Vedi və Masis rayonlarında - red.) etnik azərbaycanlılar yaşayır”.

Arman Akopyan yetərincə ciddi jurnalistdir və Qafqazda gedən etnik proseslər barədə ermənilər içində ən obyektiv danışanlardandır. Məsələn, bütün erməni jurnalistləri həmişə Azərbaycanın etnik azlıqlarının - ləzgilərin, talışların, avarların, tatların və kürdlərin separatçı Qarabağ ermənilərinə dəstək verdiyini iddia edirlər. 

Amma Arman Akopyan dəfələrlə bəyan edib ki, ermənilər bu məsələdə özlərini aldadırlar:

"Onlar özlərini Azərbaycan vətəndaşı sayırlar. Onlar avtoxtondurlar, amma onlardan soruşanda siz kimsiniz, deyirlər biz əvvəl azərbaycanlıyıq, sonra talışıq, tatıq və s.”, - deyə Arman Akopyan 2016-cı ilin may ayında "Kavnews”a verdiyi müsahibəsində bildirmişdi. 

Bəs, Ermənistanda yaşayan və Arman Akopyanın bəhs etdiyi bu insanlar kimlərdir? Böyük ehtmalla bunlar Ermənistanda və Gürcüstanın Axalkalaki rayonunda yaşayan frenklərin törəmələridir. Onlar xristiandırlar və bu zonada hələ Bizans zamanından yaşayırlar. Küçədə ermənicə, evdə isə qədim türk ləhcəsi ilə danışan, qriqoryan dininə məxsus olan bu insanlar barədə hələ 16-cı əsrdə Osmanlı tarixçisi İbrahim Peçevi yazmışdı. Frenklərin keşişi osmanlılara bu zonaya hələ çox qədimlərdən Trialetidən gəldiklərini bildirmişdilər.

Bu məsələ onları Bavariyada yaşayan franklarla eyniləşdirir. 14-cü əsrə qədər türkcə danışan və Orxon-Yenisey əlifbası ilə yazıb-pozan franklar Osmanlının peyda olmasından sonra ana dillərindən imtina etdilər. Franklar özlərinin Troyadan çıxdıqların bildirirlər. 19-cu əsrin sonlarına qədər qüvvədə olan tarix elminə görə, franklar, etrüsklər, pruslar, hunlar və türklər 3 min il əvvəl Troyanı tərk etmiş turların nəslidir. 

Onlar Troyadan çıxdıqdan sonra Balkan yarımadasına köçmüşlər və oradan müxtəlif istiqamətlərə hərəkət etmişlər. Sonradan Osmanlıya düşmənçilik zəminində Avropa dövlətləri rəsmi tarixdən bu məsələni çıxardı. Bu nəzəriyyə yalnız özünü Troyalı Parisin törəməsi sayan siyasətçi ailələr tarəfindən nəsildən nəsilə ötürülür.

Ermənistanda yaşayan frenklər də məişət söhbətlərində özlərinin azərbaycanlılardan kiçik bir soğan qabığı (din - red.) ilə fərqləndiklərini bildirirdilər. Görünür, Arman Akopyan məhz buna görə onları etnik azərbaycanlı sayıb. 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol