• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qəbul imtahanı keçirilir

Azərbaycanda qəbul imtahanı keçirilir
07.05.2017 10:24
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
 
APA-nın xəbərinə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılır. İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2226 nəzarətçi-müəllim cəlb olunub.
 
İmtahanda 30239 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 25612 abituriyent I qrup üzrə, 4627 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 27353 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 23266, IV qrup üzrə 4087 nəfər), 2886 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2346, IV qrup üzrə 540 nəfər) məzunudur.
 
Abituriyentlərin 18092 nəfəri oğlan (I qrup üzrə 16621 nəfər, IV qrup üzrə 1471 nəfər), 12147 nəfəri isə qızdır (I qrup üzrə 8991 nəfər, IV qrup üzrə 3156 nəfər). 23844 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5658 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 66 nəfər ali təhsil müəssisələrinin, 671 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
 
Bakı şəhərində 13721, Naxçıvanda 1089, Gəncədə 3253, Sumqayıtda 1871, Mingəçevirdə 1366, Şəkidə 1921, Bərdədə 1309, Göyçayda 1277, Şirvanda 1295, Lənkəranda 1795, Xaçmazda isə 1342 abituriyentin imtahan verəcəyi gözlənilir.
 
İmtahan saat 11:00-da başlanacaq, 3 saat davam edəcək.
 
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
 
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol