• $
  • €
  • ₽
  • ₺
  • £

Sankt-Peterburqda ermənilərlə azərbaycanlılar arasında insident yaşanıb – VİDEO + FOTOLAR

Sankt-Peterburqda ermənilərlə azərbaycanlılar arasında insident yaşanıb – VİDEO + FOTOLAR
11.05.2017 15:20
Sankt-Peterburqda "Ölümsüz Alay” ("Бессмертный полк”) aksiyası zamanı azərbaycanlılar və ermənilər arasında insident yaşanıb.

anews.az-ın "İnterpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Sankt-Peterburqdakı diaspor nümayəndələri məlumat verib.

"Canal Griboedova” metro stansiyasına yaxın və "Palace Meydanında” ermənilər və Azərbaycan gənc fəalları arasında diaspor münaqişəsi yaşanıb. 

İnsidentə səbəb ermənilərin qondarma Dağlıq Qarabağ Respublikası bayrağını qaldırması, "Artsax” (erməni dilində Qarabağ) səsləməsi və Qarabağ şüarları adı altında hərəkət etmələri olub.

Həmyerlilərimiz tərəfindən edilən şifahi xəbərdarlığa məhəl qoymayan təxribatçı ermənilər soydaşlarımıza hücum ediblər. Sayca çox olan ermənilər soydaşlarımıza ciddi xəsarətlər yetiriblər.

"Sankt-Peterburq Azərbaycan milli-mədəni muxtariyyət” sədri Vaqif Məmişov və hüquq-mühafizə orqanları dərhal münaqişəyə müdaxilə ediblər. Polis və xüsusi qüvvələr dəstəsi ermənilərin qarşısına bayrağı endirmək kimi tələb qoyublar.

Qeyd edək ki, tədbirdə şəhər ictimai təşkilat, Azərbaycanlı Gənclər Birliyi, "Sankt-Peterburq Azərbaycan milli-mədəni muxtariyyət” nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları müharibədə həlak olan qohumlarının fotoları ilə onların xatirəsini yad edirdilər. 
 
 
 










www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol