• $
  • €
  • ₽
  • ₺
  • £

Ucuz hotel axtaranlara yeddi məsləhət

Ucuz hotel axtaranlara yeddi məsləhət
19.05.2017 17:20
Hotellərdə qalmaq cibinizə ağır zərbə ola bilər. 

Anews.az xəbər verir ki, Fins.az sizə mehmanxana xərclərinə qənaət etmək və pullarınızı daha əhəmiyyətli bir şeyə xərcləmək üçün bir neçə məsləhət hazırlayıb.

1. Araşdırın

"Trivago”, "Kayak” və ya "Booking.com” kimi saytlar sizə lazım olan şəhərdə hotellərin icmalını verəcək. Lakin onlardan hər şey barədə tam dolğun məlumat gözləməyin. Vəziyyəti özünüz yoxlayın. Məsələn, pulsuz parkinq, səhər yeməyi və ya Wİ-Fİ-ya promokodlar və bonuslar axtarın. Sizi maraqlandıran hotelin birbaşa saytına diqqət yetirin. Çünki orada qeyd olunan qiymətlər vasitəçilərdən daha aşağı ola bilər.

2. Qiyməti "öldürün”

Beləliklə, sizin gedəcəyiniz hoteldə nələrlə qarşılacağınız haqda azdan-çoxdan məlumatınız var. İndi bir neçə hotel seçib, bir neçə zənglər etməyin vaxtıdır. Hotel menecerinə saytda qeyd olunan qiyməti deyin. Danışıq əsnasında qiymət dəyişikliyinə diqqət yetirin. Təcrübəyə əsasən, deyə bilərik ki, 80% hallarda hotellə birbaşa danışıqlar sizə ya daha rahat otaq qazandıracaq və ya qonaqlama daha ucuz başa gələcək.

3. "Yanan” təkliflər axtarın

"HotelTonight” kimi mobil tətbiqlər sizə təcili ucuz nömrə axtarışında yardımçı ola bilər. Məsələn, "Swissotel Chicago” tətbiqetmənin köməyi ilə iki gecəlik, o cümlədən bütün vergilər və ödənişlərlə birgə 313 dollara başa gələcək.

Bu bronlaşdırma saytları ilə müqayisədə ən azı 100 dollar daha aşağıdır. Lakin yadda saxlayın ki, otağı ən son dəqiqə bron etmək alınmaya da bilər. Əgər siz turistlərin çox olduğu, ya hotellərin sayı az olduğu yerə gedirsinizsə, hoteli qabaqcadan bron edin.

4. Hərraclarda iştirak edin

Mehmanxana hərracları sizin xərclərinizi xeyli azalda bilər. Lakin burada hər şey sizin şansınıza bağlı olacaq. "Öz qiymətini seç” funksiyası sizə rayonu və ulduzların sayını seçməyə imkan verir. Lakin hotelin adı sifarişiniz qəbul olmayınca gizli qalacaq.

Siz qiymətinizi elan etməyə hazır olduğunuz an sizə rahat olan hoteldən başlayın və qəbul olunmayınca imtina etməyin. Bu hərracın mənfi xüsusiyyəti odur ki, sizin təyin etdiyiniz qiymət qəbul olan kimi kredit kartınızdan vəsaitlər silinəcək. Yəni, siz hotel bronunuzu nə dəyişə, nə də qaytara biməyəcəksiniz.

5. Qeyri-standart fikirləşin

Hotel – qalmaq üçün yeganə yol deyil. "Airbnb” və "HomeAway” kimi saytlardan siz otaq, mənzil, və ya ayrıca ev kirayələyə bilərsiniz. Hostelləri də unutmayın, bunlar gecələmək üçün super-ekonom variantdır. Narahat olmayın, otağı yeniyetmələr kütləsi ilə bölmək məcburiyyətində deyilsiniz. Hostellərin əksəriyyəti ayrı hamam otaqları olan 1-2 nəfərlik nömrələr təklif edir.

6. Digər rayona diqqət yetirin

Şəhərin mərkəzində yaşayış, bir qayda olaraq, daha bahalıdır. Mərkəzdə deyil, ondan bir-iki dayanacaq qıraqda hotel seçsəniz, qənaət edərsiniz. Belə ki, Çikaqonun "Hyatt Regency O'Hare” hotelində gecələmək 80 dollara başa gələcək. Hotel metronun düz çıxışında yerləşir. Oradan həm hava limanına, həm şəhər mərkəzinə çatmaq rahat olacaq. Müqayisə üçün bildirək ki, mərkəzi "Hyatt Regency H”-də gecələmək 120 dollara başa gələcək.

7. Güzəştlərdən faydalanın

Təqaüdçülər, dövlət xadimləri, tələbələr, qeyri-kommersiya təşkilatlarının üzvləri və hərbçilər səyahət zamanı mehmanxana güzəştlərindən istifadə edə bilərlər.

Bron etdikdən öncə hoteldən və sizin təşkilatdan endirim haqda məlumatı dəqiqləşdirmək lazımdır.

Səyahətə hazırlaşarkən "Aviasales”də ən ucuz aviabilet və "Airbnb”də apartament bron etməyi unutmayın.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol