• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyevi təəccübləndirən general kimdir?

Heydər Əliyevi təəccübləndirən general kimdir?
21.05.2017 18:47
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev  aprelin 1-5-i Qarabağda döyüşən əsgər və zabitlərimizi müxtəlif orden, medal və adlarla təltif edib. 


Yenicə general-mayor hərbi rütbəsi almış Mais Bərxudarovu əslində kimdir və Azərbaycan ictimaiyyəti bu DÖYÜŞ GENERALINI yaxından tanıyırmı? 


General-mayor hərbi rütbəsi almış Mais Bərxudarovu xeyli vaxtdır tanıyıram. Onun haqqında bütün hərbçilər yüksək fikirdədirlər. Bir nüansı nəzərə alaq ki, cənab general-mayor kəşfiyyatçı olduğundan onun haqqında bildiklərimizi xəsisliklə oxucularla bölüşürük:


Mais Bərxudarov Qubadlıda dünyaya göz açıb. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Erməni təcavüzü və yaranmış situasiya onun yolunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib.


Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.

                               
Korpus komandiri tabor komandirinin tankında qabağda gedib
 
 
Aprelin 1-5-i Qarabağda döyüşən əsgər və zabitlərimizin önündə Mais Bərxudarov tankın üzərində əyləşərək, döyüşlərdə şəxsən iştirak edib.  
 
Məlumata görə, korpus komandiri olan general döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla, bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Ən maraqlısı isə isə döyüşə girən əsgər və zabitlərimizi ruhlandıran general-mayor Bərxudarovun tanka necə sarılaraq "İrəli!!!" komandası verməsi olub...


Miq.az -ın Araşdırma Qrupunun məlumatına görə, general-mayor Mais Bərxudarov peşəkar hərbçidir və Qarabağ savaşında böyük qəhrəmanlıq göstərib. Çox hörmətli generalımızın düşmənin canına vəlvələ salması haqqında bizdə çox maraqlı faktlar var. Hərbi sirləri qorumaq şərti ilə generalın döyüş yolu ilə bağlı bir neçə epizodu oxucularımıza təqdim edəcəyik. Və onu da diqqətinizə çatdıraq ki, generalın illər öncə atdığı bir addım bu gün silahlı qüvvələrdə az qala şüara çevrilib. 

 
 Heydər Əliyev tərəfindən Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür...Heydər Əliyev ona "Azərbaycan Bayrağı" ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə etdim. 

Prezidentə təşəkkürünü bildirən zabitimiz icazə alaraq Ulu Öndərə təşəkkür edərək deyir:


"Cənab prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin icazə versəydiniz, mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlayasız. Mən bir təhər evsiz yaşayaram. Amma onların evləri yoxdur..."


 Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarov bu gün... DÖYÜŞ GENERALIDIR...


Uğur olsun, cənab general!!!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol