• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişiq” səhvini düzəldir – RƏSMİ AÇIQLAMA

“Azərişiq” səhvini düzəldir – RƏSMİ AÇIQLAMA
30.05.2017 19:58
"Elektrik enerji sərfiyyatına görə hesablanmış borcun ödənilməsi üzrə qanunvericilikdə müəyyən edilmiş 1 ay müddətinin bildirişlərdə əks olunmasına dair "Azərişıq” ASC tərəfindən zəruri tədbirlər görülməkdədir”. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Oxu.Az-a açıqlamasında belə deyib.

Z.İsayev bildirib ki, "Azərişıq” ASC-nin rəsmi internet səhifəsində və elektrik enerjisi sərfiyyatına görə enerji təchizatı müəssisəsi tərəfindən istehlakçılara verilmiş (göndərilmiş) bildirişlərdə 10 təqvim günü ərzində ödənişin həyata keçirilmədiyi təqdirdə, enerji təchizatının dayandırılacağı barədə məlumatlar Dövlət Xidməti tərəfindən araşdırılıb. 

"Azərişıq” ASC-nin rəsmi saytının "Bildiriş nədir?” bölümündə Oxu.Az-ın müzakirəyə çıxardığı 10 gün məsələsinin qanunvericiliyə uyğun olaraq 1 ayla (bir ay) əvəz edilməsi istiqamətində işlər gedir. Həmin səhifə (http://www.azerishiq.az/index.php7lang =az&menu=subscriber&id=19) müvəqqəti aktiv deyil. 

Qeyd edək ki, hüquqları pozulan şikayətçilərdən birinin "Azərişıq” ASC ilə aylarla yazışmasından və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işə qarışmasından sonra 22.05.2017 tarixində saytda dəyişiklik edilərək 10 gün məsələsi yığışdırılmışdı. Düzəliş edilərək 30 gün yazılmışdı. Amma həmin bölmədə nümunə kimi yerləşdirilən hər bir abunəçinin aldığı bildiriş olduğu kimi qalmışdı. 

Xatırladaq ki, Oxu.Az ötən həftə "Azərişıq” ASC tərəfindən ödəniş müddəti başa çatmadan istifadəçilərin elektrik enerjisinin verilməsinin borc səbəbi ilə dayandırılmasını araşdırmışdı. Araşdırma zamanı məlum olmuşdu ki, borcu ödəmək üçün "Azərişıq” ASC tərəfindən istehlakçıya verilən müddətlə qanunvericilikdə göstərilən müddət arasında 20 gün fərq var. Yəni, istehlakçı borcu "Azərişıq” ASC-nin işçilərinin tələb etdiyi kimi 10 gün deyil, 30 gün ərzində ödəmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol