• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı ruslar Putinə müraciət etdi

Azərbaycandakı ruslar Putinə müraciət etdi
03.06.2017 14:21
Azərbaycan Rus İcmasının rəhbəri başda olmaqla, ölkənin rusdilli əhalisini birləşdirən bir sıra ictimai təşkilatların rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

Anews.az-ın Apa-ya istinadən verditi məlumata görə, onlar Rusiya Ali Məhkəməsinin ÜAK-ın bağlanması ilə bağlı mayın 15-də çıxardığı qərardan ciddi narahatlıq ifadə ediblər: "Biz anlayırıq ki, bu qərar siyasi xarakter daşımır və iki ölkə arasında münasibətlərə heç cür mənfi təsir etməyəcək. Azərbaycanda yaşayan rusiyalı həmvətənlilər ölkənin ali rəhbərliyinin və bütün Azərbaycan cəmiyyətinin rus dilinin qorunması, millətlərimizin mədəniyyət və ənənələrinin dəstəklənməsi və inkişafı istiqamətindəki qayğıkeş münasibətini yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında mövcud olan münasibətlərdən çox məmnunuq. Onun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənəsi, bir-birinin maraqlarına hörmət dayanır”.

Müraciətdə bildirilir ki, son illər iki ölkə prezidenti arasında qarşılıqlı ehtiram, səmimiiyyət və etimad əlaqələri formalaşıb: "Biz ölkələrimizin inkişafına yönəlmiş daxili və xarici siyasəti, həmçinin iki ölkə arasında dost və qonşuluq münasibətlərinin inkişafı və dərinləşməsinə yönəlmiş siyasəti dəstəkləyirik. Əminik ki, Ümumrusiya Azərbaycan Konqresi hər zaman öz fəaliyyətini Rusiya qanunları çərçivəsində həyata keçirib. Rusiyada ictimai-siyasi sabitlik, ölkənin siyasi quruluşuna loyallıq təşkilatın fəaliyyətinin dəyişməz prioriteti olub. Ali Məhkəmənin qərarına dərin hörmətlə yanaşaraq sizdən xahiş edirik ki, məhkəmənin qərarının yumşaldılması və ÜAK-ın fəaliyyətindəki təşkilati və digər çatışmazlıqların aradan qaldırılması, yeni Nizamnamənin qəbuluna təkan verəcək növbədənkənar qurultayının çağırılması üçün imkan və zamanın verilməsinə köməklik göstərəsiniz”.

Sənədi Azərbaycandakı Rus İcmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, "Sodrujestvo" Respublika Cəmiyyətinin, Rus Mədəniyyət Mərkəzinin, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının, Azərbaycan Rus Gəncliyi Assosiasiyasının, "Samur" Ləzgi Milli Mərkəzinin, Leninqrad Mühasirəsi İştirakçıları Assosiasiyasının, "Tuqan Tel" Tatar Mədəniyyət Cəmiyyətinin rəhbərləri, eləcə də Azərbaycan kazaklarının atamanı imzalayıblar.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol