• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib – EDAM CƏZASI

Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib – EDAM CƏZASI
05.06.2017 16:20
Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bu barədə sənədlərin qəbulu zamanı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin təqdim etdiyi və zəvvarların imzaladığı müqavilənin xüsusi müddəa bölümündə qeyd olunub. Müddəada göstərilib ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına aparılması qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.

Müqavilədə o da qeyd olunur ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır. Bütün məsuliyyət zəvvarın öz üzərinə düşür.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.

Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol