• $
  • €
  • ₽
  • ₺
  • £

Fransanın Valenciennes Universitetinin prezidenti UNEC-də olub

Fransanın Valenciennes Universitetinin prezidenti UNEC-də olub
01.07.2017 13:04
Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
 
UNEC-dən APA-ya bildirilib ki, qonaqlara ali məktəb barədə məlumat verən rektor, professor Ədalət Muradov 20 minə yaxın tələbəsi olan ali təhsil ocağının Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olduğunu diqqətə çatdırıb.
 
QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olan UNEC, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. UNEC-in beynəlxalq əlaqələrindən danışan rektor deyib ki, burada London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramı, həmçinin Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.
 
A. Artiba isə rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verib. O, universitetdə əsasən texnoloji istiqamətdə tələbə hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Qonaq UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. "UNEC çox yaxşı universitetdir” deyən A.Artiba birgə əməkdaşlığın hər iki təhsil müəssisəsində elm və təhsil səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.
 
Görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, universitetlər birgə elmi tədqiqatlar aparacaq, elmi tədbirlər təşkil edəcək, elmi nəşrlər hazırlayacaqlar. Eyni zamanda, kadr mübadiləsi, xüsusilə də müəllim mübadiləsi həyata keçiriləcək. Mübadilə çərçivəsində müəllimlərin universitet nəzdində tədqiqat aparmasına da şərait yaradılacaq. Sənəd eyni zamanda bakalavr, magistr və doktorantların mübadiləsini də nəzərdə tutur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol