• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb

Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
06.07.2017 09:59
Ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülübi, bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.

M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, orta yaşlılar üstünlük təşkil edir.

M.Kazımi qeyd edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir: "Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir".

M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir.

Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.

Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib: "Bir fakt göstərim. Böyrək transplantasiyası olmuş bir xəstəmiz əməliyyatdan bir neçə il sonra qohumunun toyunda rəqs etdiyi zaman infarktdan dünyasını dəyişib. Amma təəssüf ki, ictimaiyyət bunu "əməliyyat edildi, öldü" kimi qələmə verir. Orqan köçürülmüş insanlar hər zaman dünyasını həmin orqanda yaranan problemlərə görə dəyişmirlər. Onlar müxtəlif səbəblərdən dünyasını dəyişə bilirlər".

M.Kazıminin sözlərinə görə, ən böyük uğurlardan biri 9 xəstənin qaraciyər və böyrək transplantasiyası olunduqdan sonra dünyaya övlad gətirməsidir: "Orqan çatışmazlığı olan xəstələrdə hormonal balansda da pozulma olur. Onlar nəsilartırma qabiliyyətlərini itirirlər. Amma orqan köçürüldükdən sonra bu qabiliyyətlərini yenidən əldə edirlər".



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol