• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil naziri əmr imzaladı

Təhsil naziri əmr imzaladı
06.07.2017 10:36
Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

APA-nın xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2017-2018-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər” təsdiqlənib. Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə, müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol