• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” Kürdəmirin 12 kəndinin içməli su təchizatını yaxşılaşdırır

“Azərsu” Kürdəmirin 12 kəndinin içməli su təchizatını yaxşılaşdırır
06.07.2017 16:20
"Azərsu” ASC əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin icrasını davam etdirir.
 
"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, sərəncama əsasən, 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin yaradılması nəzərdə tutulur. Həmin kəndlərin 12-si Kürdəmir rayonundadır.
 
Layihəyə uyğun olaraq rayonun Qarabucaq qəsəbəsi, Qurdbayram, Ucarlı, Cəyli, Mürtülü, Qaraqocalı, Qağacılı, Yeni Şıxımlı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli, Şahsevən kəndlərində su təchizatı sistemləri yaradılacaq. Hazırda 6 kənddə - Mürtülü, Qağacılı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı kəndlərində layihələrin icrası intensiv şəkildə davam etdirilir.
 
Kürdəmir rayonunun 12 kəndinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutulur. Kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan  29 km olan su xətlərinin 14 km-lik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür. Ümumilikdə Kürdəmir rayonunun 12 kəndində 100 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Kürdəmir rayonunun 12 kəndində 14 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq.
 
Qeyd edək ki, Külüllü su mənbəyi Kürdəmir, Ağsu, Zərdab, Ucar şəhərlərinin, həmçinin bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.
 
Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində 267 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən "Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.
 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol