• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası 5 mln. manatı büdcəyə bərpa edib

Hesablama Palatası 5 mln. manatı büdcəyə bərpa edib
11.07.2017 23:59
Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub.

anews.az xəbər verir ki, Palatadan APA-ya verilən məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.
 
2017-ci ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2-i nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4  tədbir ilə isə eyni zamanda fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 mln. manat vəsait əhatə olunub ki, bunun 402,6 mln. manatı və ya 66,5%-i dövlət büdcəsinin xərcləri, 88,3 mln. manatı və ya 14,6%-i büdcədənkənar dövlət fondlarının vəsaitləri, 114,6 mln. manatı və ya 18,9%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrədir.
 
Nəzarət tədbirləri əhatə edilən dövlət büdcəsi vəsaitinin 0,4%-i 2014-cü ildə, 48,1%-i  2015-ci ildə və 51,5%-i 2016-cı ildə icra edilmiş xərclər üzrə olub.
 
Əvvəlki illərdən fərqli olaraq 2017-ci ilin birinci yarısında nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin dövlət büdcəsinin funksional bölmələri üzrə strukturu daha çox vəsaitin "İqtisadi fəaliyyət" bölməsi üzrə (24,8%)  əhatə olunduğunu göstərir.
 
Hesabat dövründə əhatə edilmiş vəsaitin 85,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.
 
Nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 36,2%-i mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 16%-i ali təhsil və elm müəssisələri, 47,8%-i isə digər  dövlət qurumları tərəfindən icra edilib.
 
Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 24 quruma Kollegiya Qərarının surəti, 5 quruma isə Təqdimat göndərilib.
 
Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min dollar məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.

Nəzarət tədbirlərinin nəticəsi olaraq 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi barədə məlumatlar Hesablama Palatasına daxil olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol