• $
  • €
  • ₽
  • ₺
  • £

Təhlükəli çimərliklərin adları açıqlandı

Təhlükəli çimərliklərin adları açıqlandı
11.07.2017 21:20
Çimərlik mövsümü başlayandan xeyli sayda suda boğulma hadisəsi qeydə alınıb. Dənizdə batanları xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tədbirlər görülsə də, çimərlik mövsümü insan itkisi olmadan ötüşmür.  

anews.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə müdiri Elsəvər Həsənov movqe.az-a açıqlamasında çimərliklərdə boğulma hallarına dənizə üz tutanların üzə bilməməsinin səbəb olduğunu söyləyib. 

E. Həsənov qurumun tabeliyində 41 dövlət və özəl çimərliyin mühafizə olunduğunu deyib: "Zuğulba, Mərdəkan, Bigəh, Pirşağı kimi çimərliklərdə hər gün kimlərsə xilas еdilir. Xüsusilə küləkli havada boğulmaqdan xilas edilənlərin sayı daha çox olur. Sözügedən çiməkliklərdə boğulma təhlükəsi ilə üzləşənlərin sayının çox olmasının səbəbi isə bu çimərliklərə insan axının çox olması ilə bağlıdır”.

Şöbə müdiri deyir ki, bu mövsüm Xidmətin nəzarətində olan, xilasetmə avadanlıqları ilə təhciz olunmuş çimərliklərdə 39 nəfər xilas edilib. Onlardan 31-i dənizdə, 7-si su anbarında, 1-i isə çayda batarkən xilas edilib.

Xilas edilənlərdən 4 nəfərinin qeyri-çimərlik ərazilərdə çimənlər olduğu açıqlanıb: "Xəzər rayonu Şüvəlan qəsəbəsində Minqaya və Mayak sahillərində bu kimi hallara çox rast gəlinir. Qeyri-çimərlik ərazilərində sualtı axın, küləkli hava şəraitində suyun axınında dəyişikliklərin olması boğulma təhlükəsi yaradır. Həmin ərazilər qeyri-çimərlik ərazisi olduğundan, o yerlərdə boğulma təhlükəsi ilə üzləşənlərin də xilas edilməsi çətin olur. Bəzən vətəndaşlar yeri düzgün istiqamət vermədiklərindən gecikmə halları olur. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə bizim xidmətin ən yaxın məntəqəsindən xilasetmə üçün əməkdaşlarımız göndərilir. Amma qeyd edim ki, boğulan insanın hansı səmtdə batması, hansı çimərliyə yaxın olduğu barədə məlumatlarda yanlışlıq olur. Bu səhv məlumatlar da xilasetməni ləngidir. 

Qeyri-çimərlik ərazilərində qayalıqlar da xilasetməyə mane olur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol