• $
  • €
  • ₽
  • ₺
  • £

“Harınlamış nazir övladlarını birbaşa ön cəbhəyə göndərmək lazımdır” – Partiya sədri

“Harınlamış nazir övladlarını birbaşa ön cəbhəyə göndərmək lazımdır” – Partiya sədri
14.07.2017 13:52
Azərbaycandakı bir çox məmur övladlarının cəmiyyətə meydan oxuyan davranışlarına son qoymaq üçün təkliflər irəli sürülür.

Yenicag.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin sabiq rəisi, general-mayor Novruzəli Orucovun oğlu Rüstəmin xuliqanlığı məmur övladlarının "ipinin yığılması” məsələsini aktuallaşdırıb.

Bundan bir gün sonra sabiq MTN generalı Akif Çovdarovun məhkəmədə Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun oğlu Ruslanın maşınla adam vurub öldürdüyünü, ancaq bu cinayətin ört-basdır edildiyini açıqlaması vəziyyətin ciddiliyini ən qabarıq formada ortaya qoydu.

Prezident İlham Əliyevin Saatlıda keçirtdiyi son müşavirədə məmurlara etdiyi xəbərdarlıqdan sonra cəmiyyətin bir sıra tanınmış simaları da vəzifəli şəxslərin qanunlara məhəl qoymayan övladları barəsində sərt ölçü götürülməsini tələb etməkdədirlər.

Bu barədə Yenicag.Az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, məmurların qudurğan övladlarının "ağılını başına gətirmək” üçün onları ön cəbhəyə göndərmək lazımdır:

"Vallah, bu hallar nə təsadüfi, nə də ki ayrı-ayrı istisnalardır. Hamı görür ki, Azərbaycandakı nazirlərin, məmurların əksəriyyətinin övladları sözün tam mənasında qudurublar.

Bu da ona görə belə olur ki, onların valideynləri milləti saya salmırlar, qanunları veclərinə almırlar. Belə olan halda onların uşaqları əlbəttə ki, harınlayaraq millətə meydan oxuyacaqlar.

Bir çox məmurların övladları hərbi xidmətdə olmayıb, onlar Vətən nədir, onu qorumaq nə deməkdir, bilmirlər. Bu üzdən də millətə, kasıb təbəqəyə həqarətlə yanaşırlar. Ancaq cənab Prezidentin də dediyi kimi buna imkan vermək olmaz.

İndiyə kimi nə olub-olub, ancaq artıq nazir-məmur övladlarını yaşından, vəziyyətindən asılı olmayaraq, hərbi xidmətə çağırmaq, onları ön cəbhəyə göndərmək lazımdır ki, bəlkə ağılları başlarına gələ. Orada da özlərini düzəltməsələr, daha sərt tədbirlər görülməlidir.

Ümumiyyətlə, ən doğrusu həmin övladlara tərbiyə verə bilməyən, ailəsini belə idarə etməyi bacarmayan məmurları işdən çıxartmaqdır. Hər halda, inanıram ki, cənab Prezident bu məsələləri yoluna qoyacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə 4 otaqlı ev yanıb
Cəmiyyət 15:10
Bərdədə 4 otaqlı ev yanıb
Ağcabədidə fəaliyyət göstərməyən köhnə məktəb binasında yanğın olub
Cəmiyyət 14:07
Ağcabədidə fəaliyyət göstərməyən köhnə məktəb binasında yanğın olub
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava açılanıb
Cəmiyyət 11:25
Faktiki hava açılanıb
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol