• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dondurmalar təhlükəlidir – Nazirlik

Bu dondurmalar təhlükəlidir – Nazirlik
18.07.2017 14:40
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlara qarşı ciddi məsuliyyət tədbirləri görüləcək

İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Bu barədə Oxu.Az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilib. Həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunan qaydada nümunələr götürülüb.
Bu nümunələrin laborator müayinəsi nəticəsində:

- "AER Company Qrup” MMC-nin istehsal etdiyi "Çudo” şokoladlı, "AER” plombir şokoladlı, "AER” plombir vanilli, "Yasif” plombir və "Melisa”;

- "Band Milk” MMC-nin istehsal etdiyi "Nostalji” plombir, "Briket-krem brule” və vafli stəkanda olan qaymaqlı-şokoladlı;

- fiziki şəxs Səringül Yusubovanın istehsal etdiyi "Bakinskiy privet” plombir, "Meqapolis” şokoladlı plombir, "Cappuçino” qəhvəyi, "Matryoşka” plombir, "Selena” şokoladlı plombir, "Panda” südlü, "Meçta” şokoladlı plombir, "Arktika” şokoladlı plombir, "Tanqo” şokoladlı və "Tanqo” cemli;

- fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi "Mono Quality” badamlı, "Bakı gecələri” plombir, "Armada”, "Eskimo Yoloçka”, "Yeni şəhər” plombir;

- "S.A.B.A. Şirkəti” MMC-nin istehsal etdiyi "İçəri şəhər” qəhvəyi, "İçəri şəhər” qəhvəli, "Pristij” çiyələkli, "Pristij” qozlu, "Əsl” plombir;

-"A.Y.S-60” MMC-nin istehsal etdiyi "Südlü” klassik və "A-klass” - dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda, götürülən nümunələrin laborator müayinəsi nəticəsində "AER Company Qrup” MMC-yə məxsus "Çudo” şokoladlı, "AER” plombir şokoladlı və "AER” plombir vanilli, habelə fiziki şəxs Səringül Yusubovaya məxsus "Bakinskiy privet” plombir, "Meqapolis” şokoladlı plombir, "Cappuçino” qəhvəyi, "Matryoşka” plombir, "Selena” şokoladlı plombir və "Panda” südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.

Aşkarlanan qanun pozuntuları ilə əlaqədar "AER Company Qrup” MMC,"Band Milk” MMC, "S.A.B.A. Şirkəti” MMC, "A.Y.S-60” MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Səringül Yusubova barədə  qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. İstehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, hazırda istehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir. İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir. Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol