• $
  • €
  • ₽
  • ₺
  • £

700 bal toplayanlar indi harada işləyirlər?

700 bal toplayanlar indi harada işləyirlər?
21.07.2017 11:39
Nazirlikdə aparıcı məsləhətçi işləyən də var, əsgərliyə hazırlaşan da var

Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə maksimum nəticələr əldə edərək 700 bal toplayırlar.

Azxeber.com "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, ölkəmizdə bu uğura ilk dəfə 2007-ci ildə rast gəlinib.

Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı 42 nəfərdir. 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə isə 9 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Həmin abituriyentlərdən bir çoxu hazırda təhsillərini davam etdirsə də, bəziləri artıq təhsillərini başa vurublar. Bəs, görəsən ali təhsil müəssisələrini bitirən həmin məzunlar hazırda nə işlə məşğuldurlar? Cəmiyyətdə öz layiqli yerlərini tutublarmı? Yəqin ki, təhsildə ən yüksək nəticə göstərməklə cəmiyyətin diqqətini özlərinə çəkməyi bacaran bu insanların indi hansı işlə məşğul olduqlarının hamı üçün maraq doğuracağını nəzərə alıb həmin şəxslərdən bir neçəsi ilə əlaqə saxladıq.

Emil Abbasov

2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Hazırda təhsilini davam etdirir.

Rüfət Babayev

2008-ci ildə Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Qafqaz Universitetində təhsil alarkən Böyük Britaniyanın Mançester Universitetinə göndərilib və 1 il həmin universitetdə kompüter elmləri üzrə təhsil alıb. Qafqaz Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda universitetdə kompüter mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bununla yanaşı, ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla da məşğuldur. Almaniya və Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən birində doktorantura təhsili almağı qarşısına məqsəd qoyan Rüfət ixtisası üzrə mükəmməl bir mütəxəssis olmaq istəyir.

Nurlan Əhmədov

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2012-ci ildə universiteti yaxşı qiymətlərlə bitirib. Sonra İngiltərənin Royal Hollovey Universitetinə daxil olsa da müəyyən səbəblərdən orada təhsil ala bilməyib. Lakin buna baxmayaraq ruhdan düşməyən Nurlan Qafqaz Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda Universal Az LLC şirkətində xarici təchizat və logistika üzrə mütəxəssis işləyir.

Emil Əliyev

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə səhhətiylə bağlı problemi olduğu üçün 2 il akademik məzuniyyət götürüb, ona görə də təhsil müddəti uzanıb. 2014-cü ildə ali məktəbi bitirən Emil hazırda hərbi xidmətə getmək üçün hazırlaşır. Vətənə xidməti borcunu verdikdən sonra Dövlət Qulluğuna keçirilən imtahanlara hazırlaşmağı qarşısına məqsəd qoyduğunu bildirir. Arzusu dövlət qulluqçusu olmaqdır.

Fəridə Musayeva

2009-cu ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub. 2013-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetində mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin may ayında ədliyyə qulluğuna imtahan verərək Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsinə hazırlıq məqsədilə təcrübə keçir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol