• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xalçası dünya bazarında mövqelərini bərpa edir

Azərbaycan xalçası dünya bazarında mövqelərini bərpa edir
10.08.2017 12:00
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ötən ilin oktyabr ayından fəaliyyətə başlayan ilk Füzuli filialında indiyədək 100-ə yaxın müxtəlif ölçülü xalçalar toxunub.

anews.az xəbər verir ki, bunu Trend-ə "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

V.Muradov qeyd edib ki, bu xalçalar beynəlxalq satış-sərgilərə çıxarılıb.

Onun sözlərinə görə, 2017-ci ilin yanvarında Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış-sərgisində xalçalarımız izləyicilərin, xalça mütəxəsisslərinin rəğbətini qazanıb.

V.Muradov bildirib ki, toxuduğumuz xalçalara dünyanın bir çox ölkələrinin, o cümlədən Avropa və Amerika ölkələrinin marağı böyükdür: "Mütəmadi şəkildə tədbirlərdə, sərgilərdə, simpoziumlarda, konfranslarda iştirak edirik. Hər dəfə də əmin oluruq ki, dünyanın Azərbaycan xalçasına marağı azalmayıb. Əksinə, daha da çoxalıb, Azərbaycan xalçası həmişə və hər yerdə dəbdədir. Hər xarici səfər, hər yeni sərgi bizim fəaliyyətimizə diqqəti daha da gücləndirir. Avropa, ABŞ kimi ölkələrlə yanaşı, xalça istehsalçısı olan ölkələrin də Azərbaycan xalçasına marağı var. Londonda nəşr olunan beynəlxalq "Halı” jurnalı mütəmadi olaraq "Azərxalça” ASC-nin fəaliyyətini işıqlandırır”.

O qeyd edib ki, indi "Azərxalça” Azərbaycan xalçasının dünya bazarındakı yerini bərpa edir: "Bu ilin sonuna qədər "Azərxalça”nın Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ filialları işə başlayacaq. Ümumilikdə isə respublika üzrə Cəmiyyətin 30 filialının fəaliyyət göstərməsi və bununla da 5000-ə yaxın işçinin daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. Filiallarımızın sayı artdıqca, təbii ki, xalçalarımızın da sayı çoxalacaq. Bununla da biz Azərbaycan xalçasını kütləvi şəkildə beynəlxalq bazarlara çıxara biləcəyik. "Azərxalça” dövlət müəssisəsi olaraq bu fəaliyyəti öz üzərinə götürüb. İmkanlarımız bu sahənin uğurlu gələcəyini proqnozlaşdırır. Hesablamalara görə, yaxın gələcəkdə Azərbaycan xalçaçılığı qeyri-neft sektorunun ən çox gəlir gətirən sahələrdən birinə çevriləcək”.

V.Muradov vurğulayıb ki, xalçalar tamamilə əl əməyi sayəsində hazırlanır: "Xalçaların özəlliyi ondan ibarətdir ki, yunundan, rəngindən, naxışından, bədii kompozisiyasından tutmuş ən xırda detallarınadək o, əsl Azərbaycan məhsuludur. "Azərxalça”nın da məqsədi Azərbaycanın tarixi keçmişini, etnoqrafiyasını, mədəniyyətini nümayiş etdirən Azərbaycan məhsulunu dünyaya çıxarmaqdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol