• $
  • €
  • ₽
  • ₺
  • £

DİM-dən sərt xəbərdarlıq

DİM-dən sərt xəbərdarlıq
17.08.2017 11:56
Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edən abituriyentlərə müraciət edib.

DİM-dən Oxu.Az-a verilən xəbərə görə, müraciətdə bildirilir ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam etməkdədir: "İxtisas seçimi elektron qaydada internet vasitəsilə aparılır və avqustun 20-dək davam etməsi nəzərdə tutulub. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil etməklə onu təsdiqləməlidirlər. Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. 

Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerinə yetirilməlidir. 

Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, mərkəzin adından süni şəkildə istifadə edən sabun köpüyü kimi şişmiş "ekspert"lər özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə üz tuturlar. Çünki bu iş həmin "ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan tələm-tələsik, "yola vermək” və yalnız müəyyən maddi məqsədlərlə edilir".

DİM abituriyentləri məsuliyyətli və diqqətli olmağa çağırıb: "Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8 saylı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları isə jurnalın 5 saylı buraxılışında dərc olunub. Jurnallarda, həmçinin müsabiqə şərtləri və ərizənin doldurulma qaydası ilə bağlı məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytımızda ərizənin doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol