• $
  • €
  • ₽
  • ₺
  • £

"Microsoft" şirkəti masaüstü "Skype" xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib

"Microsoft" şirkəti masaüstü "Skype" xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib
21.08.2017 16:40
"Microsoft"un mütəxəssisləri "Skype" xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində sınaqlara başlayıblar. Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat verilib. "Skype" servisinin yeni masaüstü versiyasında əvvəllər yalnız messencerin mobil versiyasında mövcud olan funksiyalar istifadəyə verilib.

anews.az ICTnews-a istinadən xəbər verir ki, bundan başqa, proqramın dizaynı üzərində xeyli iş görülüb.

İndi, məsələn, sadəcə "@" simvolu vasitəsilə istifadəçilərin adını sadalamaqla konfranslarda onları xatırlamaq olar. Bu özəllik əvvəllər yalnız "Skype" xidmətinin "iOS" və "Android" mobil əməliyyat sistemlərində əlçatan idi.

Yeni masaüstü "Skype" servisi dəyişilmiş bildirişlər paneli, həmçinin qalereya (indi mesajlarda göndərilmiş sənəd, istinad və media faylları asanlıqla tapmaq mümkündür) əldə edib.

Daha bir yenilik qrup zəngləri ilə bağlıdır. İndi sadə manipulyasiyaların köməyi ilə reaksiyalarla mübadilə etmək mümkündür.

Yeni "Skype"ın ilkin versiyası hələlik yalnız "Skype Insider" proqramının iştirakçılarına əlçatandır, ancaq tezliklə hamı yeni  messenceri yükləyə biləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol