• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: Yeni cərimə

Sürücülərin nəzərinə: Yeni cərimə
21.08.2017 14:19
"Satılır” yazıb avtomobilinin pəncərəsinə yapışdıranları 2 min AZN məbləğində cərimə gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mətbuata açıqlaması zamanı deyib. O, avtomobilə yapışdırılmış "Satılır” vərəqəsinin kommersiya xarakterli olduğunu və bunun reklam sayıldığını bildirib. Lakin həmin avtomobilin adı və məxsus olduğu şirkətin loqosu reklam sayılmır:

"Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib. Reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır. Avtomobilin şüşəsinə "Satılır” yazısı yapışdırmaq da reklamdır”.

O, həmçinin qeyd edib ki, bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydalarının pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

"Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov məsələni bu cür şərh edib:

"Bu məsələləri reklam haqqında qanun tənzimləyir. Mən bilmirəm, bu kimin ideyasıdır. Amma avtomobilə "Satılır” yazıb yapışdırmaq reklam deyil. Məxsusi bundan ötrü qanun dəyişməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, normalara əsasən, nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında hazırlanır. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında DİN tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdiriliməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol