• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda İNANILMAZ TƏCAVÜZ olayı

Bakıda İNANILMAZ TƏCAVÜZ olayı
21.08.2017 16:39
Bakıda sevdiyi qıza təcavüz etməkdə təqsirli bilinən Laçın rayon sakini, 1995-ci il təvəllüdlü Emin Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Publika.az xəbər verir ki, E.Alıyevin ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüblər və Yasamal rayonunda "Qanlıgöl” yaşayış massivi, yeni məhəllədə məcburi köçkün kimi məskunlaşıblar.

1995-ci ildə anadan olan Emin yetkinlik yaşına çatandan sonra Dövlət Sərhəd Xidmətinin "N” saylı hərbi hissəsində kiçik çavuş rütbəsində xidmət etməyə başlayıb. O, xidmətdə olduğu müddətdə məzuniyyətə gəlib və elə məzuniyyətdə olduğu zaman da sevgilisinə təcavüz edib.

Sevgi münasibəti

O, tanışı, 1999-cu il təvəllüdlü Samirə Məlikovanı (ad və soyad şərti verilib – red.) sevdiyinə inandırıb. Qızın yaşadığı ünvana gəlib.
Orada aralarında olan münasibətlər barədə onunla söhbət etmək niyyətində olduğunu bildirib. Bəhanə gətirib ki, ətrafda olan insanların onları görməsini istəmir. Beləcə, Samirəni aldadıb və onu heç kəsin olmadığı hündürmərtəbli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dəvət edib.

Zorakılıq

Samirə də Eminin sevgi münasibətinə inanıb və onun dəvəti ilə həmin yerə gedib. Orada Emin qızı qucaqlayaraq zorakılıq göstərib.
Samirə oradan qaçmaq istəyib, ona müqavimət göstərib və qışqıraraq köməyə adam çağırıb.

Zorlama

Buna baxmayaraq, Emin qızın hərəkətini məhdudlaşdırıb və ona fiziki güc göstərib. Amma Samirənin yenə də müqavimət göstərdiyini görən Emin onu döyərək bədən xəsarətləri yetirib.

Daha sonra onu güclə soyundurub və cinsi əlaqədə olub. Bundan sonra qızla evlənəcəyinə vəd edib və bu barədə heç kimə deməməsini tapşırıb.

Cinayət işi

Lakin Samirə ona inanmayıb və polisə şikayət edib. Şikayət əsasında E.Alıyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

7 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalıb və apelyasiya şikayəti verib.

O, hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Hesab edib ki, zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib.
Onun sözlərinə görə, zərərçəkmiş şəxsin verdiyi ifadələr ziddiyyətli olmaqla işin faktiki hallarına uyğun deyil.

O iddia edib ki, Samirə ilə aralarındakı münasibət könüllü olub. Buna görə də o, zorlama və seksual xarakterli zorakılıq hərəkətləri iddiası ilə razı deyil.

Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə E.Alıyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan E.Alıyev kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti onun kasasiya şikayətini də təmin etməyib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol