• $
  • €
  • ₽
  • ₺
  • £

Test ləğv edilsə, imtahan necə olacaq?

Test ləğv edilsə, imtahan necə olacaq?
24.08.2017 20:40
2019-cu ildə Azərbaycanın təhsil tarixində böyük dəyişiklik olacaq. 

anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, 26 ildən sonra ali məktəblərə qəbul olmaq üçün keçirilən test imtahanı ləğv oluna bilər.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir: "İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

Sözügedən tarixi dəyişikliklə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov açıqlama verib. 

O xatırladıb ki,  1992-ci ildən ali məktəblərə qəbul imtahanları test imtahanı formatından istifadə olunmaqla həyata keçrilir: "Artıq eyni səpkili üsuldan istifadə əmək bazarının tələblərini ödəmir. Hesab edirəm ki, ilk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Belə imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olmasıdır. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. 

Bununla da obyektivlik təmin edilir. Lakin artıq yenilik lazımdır. 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurikulum standartlarına keçib. Bu sistemdə oxuyan məktəblilər əvvəlkilərin əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı, yəni cavab variantları olan test tapşırıqlarından istifadə olunurdu. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu, artıq özünü doğrultmur. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb”.

K. Əsədov qeyd edib ki, birdən-birə buna keçmək əks effekt verə bilər: " Belə ki, bu il, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxılış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik. 60 faizdən çox məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslərin aşağı qiymət alması birdən- birə sistem dəyişikliyi olsa, ortaya çıxacaq problemlərdən xəbər verir. Bilirsiniz ki, iki il sonra tətbiq olunan üsul yenə də test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox. Çünki testin bir üsulu yoxdur. Bununla bərabər, digər - esse yazılması, inşalar kimi əlavələr də olacaq. 

Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetensiyaları ölçmək qabiliyyətinə malik olan test olacaq. Bunun üstün tərəfləri var. Çünki bizim məzunların nitq, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şihafi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir”.

Onun sözlərinə görə, sosial bacarıqlar test üsulunda öz qiymətini ala bilmir, bilik və bacarıqların qiymətləndirilməsi burada özünü göstərmir: "Bu gün orta məktəb təkcə bilik verən mərkəz olmamalı, həmin sosial vərdişləri, bacarıqları da məzunlara aşılaya bilməlidir. Uşaq 3-4 yaşından özünü tanımağa başlayır, ali məktəblərdə həmin bacarıqları vermək gecdir. Biz bunu ali məktəblərdə etdiyimizə görə nə kamil kadr, nə insan, nə şəxsiyyət yetişdirə bilirik. Mənlik, kimlik şüuru aşağı, 3-4 yaşından formalaşdırılmağa başlamalıdır və mərhələ-mərhələ, gənclik yaşı bitənə qədər davam etməlidir”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol