• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan mafiyası daxilində savaş

Azərbaycan mafiyası daxilində savaş
24.08.2017 16:54
Azərbaycan mafiyasının nümayəndələri arasında savaş başlayır.


Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın "Rosbalt” agentliyi çıxış edib. Agentlik Azərbaycandan olan bir sıra qanuni oğruların Nadir Səlifova (Lotu Quli) meydan oxuduğunu yazıb. Belə ki, Səlifovun artıq bir neçə adamı digər qanuni oğrular tərəfindən döyülüb.


Quliyə qarşı koalisiyanı 4 qanuni oğrunun yaratdığı bildirilib. Bunların Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski) və Ceyhun Əsgərov (Ceyhun Gəncinski) olduğu vurğulanıb. Məhz bu qanuni oğrulara kənar qruplardan böyük dəstək verilib. Quliyə qarşı formalaşan ittifaqı əvvəllər Rövşən Lənkəranskinin klanına daxil olan Suxumi qanuni oğruları dəstəkləyib.


Agentliyin mənbəsi yeni ittifaqın artıq bir neçə uğurlu əməliyyat keçirdiyini də söyləyib. Onların Qulinin himayəsi altında çalışan biznesmenlərə qarşı hücuma keçdiyi bildirilib. Hətta Azərbaycanda tərəflər arasında baş tutan toqquşmaların biri atışma ilə nəticələnib.


Mənbə Səlifovun ona oxunan meydana cavab verməyə hazırlaşdığını bildirib. Artıq yeni əməliyyat hazırlanıb və tezliklə, hücumların Moskva, Bakı və digər yerlərdə olması gözlənilir.


Əslində Quliyə qarşı formalaşan ittifaqda iştirak edən hər kəsin buraya qoşulmaq üçün öz şəxsi motivi olub. Belə ki, Rafiq Eyvazovla Səlifovun düşmənçiliyi 2013-cü ildən başlayıb. O zaman Səlifov Rafiqin "qanuni oğru” olmadığını elan edir. 2017-ci ildə tərəflərin münasibəti müharibə səviyyəsinə çatır. Nəticədə Səlifovun adamları Türkiyədə Eyvazovu ələ keçirərək onun qulağını kəsirlər.


Cavid Məmmədovla Səlifovun düşmənçiliyi birincinin digərinin maddi maraqlarına müdaxilə etməsindən sonra başlayıb. Məmmədova cavab həmin an verilib. Belə ki, tezliklə, Qulinin adamları Məmmədovun kamerasına daxil olaraq, onun bütün ətrafını vəhşicəsinə döyüblər. Məmmədovun özünə isə əl vurulmur. Bundan sonra o, Yunanıstana gedir və burada məşhur qanuni oğru David Sebiskveradze (Dato Kutaiski) ilə yaxınlaşır.


Emin Əhmədov da Eyvazovla eyni taleyi yaşayıb. Belə ki, Səlifovla onun münasibətləri 2013-cü ildə Əhmədovun oğru titulunun Quli tərəfindən tanınmamasından sonra başlayır. Quli Azərbaycandan olan heç kimin onun iştirakı olmadan oğru elan edilə bilməyəcəyini söyləyir. Əhmədov böyük çətinliklə öz titulunu qoruya bilir.


Ceyhun Əsgərova gəlincə isə 2014-cü ildə Qulinin özü şəxsən onu qanuni oğru elan edir. Bir müddət sonra isə tərəflər arasında münasibətlər gərginləşir.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol