• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarovdan rus dili ilə bağlı əmr

Mikayıl Cabbarovdan rus dili ilə bağlı əmr
29.08.2017 19:38
Azərbaycanda 50 ümumi təhsil müəssisəsində həyata keçirilən "Rus dilinin intensiv tədrisi” layihəsi davam etdiriləcək.

"Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, yeni tədris ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəkişəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusarrayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Sənəddə qeyd olunub ki, rus dili intensiv tədris edilən siniflərin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris planına dair "Qeydlər”ə aşağıdakı bəndlər əlavə olunub:

I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə rus dilinin intensiv tədrisinə verilib.

V-VII (beşinci-yeddinci) siniflərdə ikinci xarici dilə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, VIII-IX (səkkizinci-doqquzuncu) siniflərdə ikinci xarici dilə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə rus dilinin intensiv tədrisinə verilib.

"Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol