• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrə şad xəbər

Tələbələrə şad xəbər
30.08.2017 14:07
Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir.
 
Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər
.
Bəs  Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?

"Azərbaycan tələbə kartından Avropada istifadə etmək  mümkündür”


Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr üçün güzəşt kartı var. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılır:
"Bilirsiniz ki, mən həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədriyəm. Bizim işimiz mütəmadi olaraq tələbə məsələləri, tələbələrin asudə vaxtının saəmərəli  təşkili, onların qarşısına çıxacaq problemlərin həlli istiqamətində fəaliyyət göstərməkdir.  O cümlədən tələbələr üçün müxtəlif layihələr həyata keçiririk. Buna görə biz ölkədə fəaliyyət göstərən bir sıra rəsmi qurumlar, özəl şirkətlərlə əməkdaşlıq edirik.
Tələbələrə güzəştlə bağlı məsələlərə gəldikdə bunun xaricdə ən geniş yayılmış növü  tələbə kartlarıdır.  Xaricdə olan tələbələr bu kartdan istifadə edərək uzunmüddətli endirim əldə edirlər. Azərbaycanda 2015-ci ilin aprel ayında bir qrup  gəncin ölkə prezidenti ilə görüşü olmuşdu.  Həmin görüşdə tələbə endirim kartlarının təklifi verilmişdi.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bütün tələbələrə dövlət hesabına tələbə  endirim kartları paylanıldı. Bu  kartlar özündə müxtəlif məkanlarda endirimləri birləşdirdi.  Endirimlər təqribən 5 faizdən 50  faizə qədər idi.  Layihənin tərəfdaları Gənclər və İdman Nazirliyi,  Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idi.  Qeyd etmək istəyirəm ki, layihə  həm də beynəlxalq xarakter daşıyır. Bu layihədə Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə  Azərbaycan tələbə kartından ölkə ilə yanaşı, Avropada da istifadə etmək  mümkündür”.

Sentyabrda kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq


Ş.İsmayılov qeyd edib ki, artıq 10 minə yaxın tələbəyə Azərbaycan tələbə kartı paylanılıb:
"Ötən il tələbə kartının yeni dizaynının təqdimatını həyat keçirdik. Həmin vaxtdan bu yana bizə artıq 20 minə yaxın  müraciət daxil olub. Həmin müraciətlərə əsasən, 10 minə yaxın kart hazırlanıb tələbələrə paylanılıb. Sentyabrdan kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq. Kartın yenilənmiş versiyasında biz tələbələrin  daha çox üz tutacağı məkanları onlar arasında keçirdiyimiz sorğu əsasında müəyyənləşdirdik. Bu məkanlarla müqavilələr bağladıq. O cümlədən "Azərbaycan Tələbə Kartı” layihəsi çərçivəsində tələbələrə "Azərfon” şirkəti tərəfindən verilən "Nar” nömrələri də təqdim edilir.  Bu davamlı prosesdir və sentyabrdan etibarən məkanların siyahısını genişləndirməyi düşünürük. Həmçinin, yarana biləcək texniki məsələlərin həlli istiqamətində fəaliyyət göstərəcəyik.  Hazırda bir sıra qurumlarla danışıqlar gedir”.

Tələbələr nəqliyyat vasitələrindən pulsuz istifadə edə biləcəklər?

Deputat bildirib ki, bu istiqamətdə ciddi işlər görülür:
"Biz artıq bir neçə  müddətdir ki, bu məsələ üzərində ciddi şəkildə danışıqlar aparırıq. Həm hava nəqliyyatı, həm avtobusla sərnişindaşıma şirkətləri, həm də digər nəqliyyat qurumları ilə  danışıqlarımız başlayacaq. Əlbəttə, burada Tarif Şurasının mövqeyi vacibdir. Bu barədə biz rəsmi müraciətimizi edəcəyik.  O cümlədən Bakı Nəqliyyat Agentliyi ilə də danışıqlar olub. Yəqin ki, bu yaxınlarda nəticə olacaq”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol